Türkiyə XİN başçısı: "Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq”

img

01-08-2022 [12:56]


“Türkiyə ümid edir ki, Qara dəniz vasitəsilə taxıl tədarükünə dair Ukrayna və Rusiya ilə razılaşma bu ölkələr arasında atəşkəsə gətirib çıxaracaq”.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə paylaşım edib.

O bildirib ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz daşınması çərçivəsində ilk gəmi yola düşüb: "Ümid edirik ki, bu proses fasiləsiz və problemsiz davam edəcək. Bu məqsədə çatmaq üçün lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA