Əmlak Məsələləri Dövlət Xidməti 24 hərrac keçirib

img

07-07-2022 [12:53]


Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac keçirib.

Mia.az xəbər verir ki, hərraclara 384 nəqliyyat vasitəsi çıxarılıb və onlardan 319-u satılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Avtomobillərə sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat vasitələri üzrə ümumi ilkin satış qiyməti 1 269 425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 620 911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351 486 manat çox olub.

Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə daxil olan vəsait 1,22 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA