Almaniya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirir

img

08-03-2022 [22:49]


Almaniya hökuməti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzərində işləyir ki, bu da kriptovalyutaların istifadəsinə məhdudiyyətlər, habelə Ukraynada əməliyyatı dəstəkləyən Belarus vətəndaşlarına qarşı tədbirləri əhatə edə bilər.

Mia.az “Report”a istinadla xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner mətbuat konfransında bildirib.

“Federal hökumət sanksiyaların genişləndirilməsi üzərində işləyir. Mən Rusiyadan başqa Belarusdakı müharibə tərəfdarlarını əhatə edəcək və kriptovalyutaların istifadəsi ilə maliyyə sanksiyalarından yayınma cəhdlərini istisna edən növbəti sanksiyalar paketindən danışıram”, - Lindner bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA