RUSİYANIN NEFT VƏ QAZ SATIŞINA SANKSİYA QOYULDU - Bayden ABŞ-ın yeni qərarını açıqladı, "Ukraynanı tək buraxmayacağıq" (Yenilənib)
08-03-2022 [20:37]
ABŞ Rusiyanın neft və qaz satışına sanksiya tətbiq edib.
Mia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden az əvvəl canlı yayımda etdiyi çıxışda deyib.
Bayden indiyə qədər Rusiyaya tətbiq edilən sanksiyalardan danışıb, bildirb ki, Rusiyanın dövlət adamlarına, biznesmenlərinə sanksiyalar qoyulub, onların mal varlıqları dondurulub: "Putini, onun savaş maşınını biz maliyyələşdirə bilmərik. Onun neft pulu ilə başqa ölkələrin ərazilərinə soxulmasına imkan verə bilmərik. Ukraynanın savaşını, cəsarətini heyranlıqla izləyirik. Orada xalqın iztirabını dərin kədərlə izləyirik, ruslar mülki obyekləri də bombalayır, 2 milyon insanı evindən edib. Ukrayana heç vaxt tək qalmayacaq. Rusiya bir şəhəri işğal edə bilər, ancaq heç vaxt bir ölkəni işğal edə bilməz.
Biz cəsur Ukrayna xalqına hər cür dəstək verəcəyik. Bu insanlar demokratiyanı, azadlıqları müdafiə edir, biz onları tək buraxmayacağıq. Bunun üçün Rusiyadan neft və qaz alışını dayandırırıq. Rusiya unutmasın, hazırkı vəziyyətdən çıxmaq üçün indiyədək qaz və neftin qiymətini qaldırılması kimi fürsətçil hərəkətlərini də diqqətlə izləyirik, bunlar da cavabsız qalmayacaq".
Bayden bildirib ki, ABŞ qadağan olunan Rusiya neft və qazına qarşı daxili istehsalını daha da artıracaq: "Həm bizim, həm də Avropadakı müttəfiqlərimizin Rusiya enerjisindən aslılığını azaltmaq üçün hər cür dəstəyi verəcəyik".
***
ABŞ prezidenti Cozef Bayden Rusiyanın neft ixracına sanksiya tətbiq etməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər evrir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
Məlumata görə, Bayden bu qərarı Rusiyanın Ukraynaya qarşı hücumu ilə əlaqələndirəcək: "Bu barədə o, Vaşinqton vaxtı ilə saat 10:45-ə (Bakı vaxtı ilə 19:45) çıxış edəcək".
Məlumata görə, ABŞ sanksiyadan sonra yaranan boşluğu Venesuela və Səudiyyə Ərəbistanın köməyi ilə aradan qaldırmağı da planlayır.
Mia.az
.
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə vəzifədən çıxarıldı (FOTO)
Azərbaycan neftinin qiyməti 69 dollara endi
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib