Rusiyanın gəmisi Gürcüstanın Batumi limanına daxil olub

img

07-03-2022 [15:17]


Rusiya bayrağı altında üzən “Leonid Pestrikov” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

Bu barədə yerli mətbuat yazıb.

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze məsələyə münasibət bildirib. O, gəminin hər hansı bir qanunu pozmadığını deyib: “Gəmidəki yük Gürcüstan üçün nəzərdə tutulub. Yük Gürcüstana Türkiyədən çatdırılıb”.

T.Rijvadze qeyd edib ki, Rusiya yük daşıyıcılarının Avropa ölkələrinin sərhədlərinə buraxılmaması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA