Avropa İttifaqından Rusiyaya daha bir qadağa - Avro ilə bağlı

img

02-03-2022 [16:44]


Avropa İttifaqı (Aİ) Rusiyaya avro əskinasları satmağı, tədarük etməyi, keçirməyi və daşımağı, yaxud Rusiya ərazisində istifadə edilməsi üçün fiziki və hüquqi şəxslərə, təşkilatlara və ya dövlət orqanlarına, o cümlədən Rusiya hökumətinə və Mərkəzi Bankına göndərməyi qadağan edib.

Mia.az “Report”a istinadla xəbər verir ki, qərara görə məhdudiyyətlər martın 12-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, Qərbin sanksiyaları fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı elan etdiyi hərbi əməliyyatlar fonunda tətbiq edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA