İpoteka ilə ev almaq istəyən məmurların məlumatlarının toplanması asanlaşdırılıb

img

02-03-2022 [12:52]


Dövlət İmtahan Mərkəzi ilə İpoteka və Kredit Zəmanət Fondu arasında elektron məlumat mübadiləsi haqqında razılaşma imzalanıb.

Mərkəzdən Mia.az-a erilən məlumata görə, razılaşmaya əsasən, fonda müraciət edən dövlət qulluqçularının soyadı, adı, ata adı, təvəllüdü, dövlət qulluğunda qulluq stajı, ixtisas dərəcəsi, dövlət qulluğunda əmək fəaliyyəti barədə məlumatlar müvafiq sorğu əsasında real vaxt rejimində mərkəz tərəfindən Elektron Hökumət Portalı üzərindən fonda ötürüləcək.

Bu razılaşma dövlət qulluğu sahəsində fəaliyyətin elektronlaşdırılması, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması və vətəndaşların dövlət orqanlarına gəlmədən sənədlərini elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA