ABŞ-dan Rusiyaya daha bir sanksiya: "Yalnız yanacaq satışına iyun ayına qədər güzəşt olunub"

img

28-02-2022 [17:41]


ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Mərkəzi Bankı ilə Birbaşa İnvestisiyalar Fonduna yeni sanksiya tətbiq edib.

Mia.az Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyanın beynəlxalq maliyyə əməliyyatları daha da məhdudlaşdırılıb: "Yalnız yanacaq satışına iyun ayına qədər güzəşt olunub. Bu əməliyyatlar da dollar, avro kimi beynəlxalq valyutalarla olmayacaq. Digər bütün əməliyyatlar isə dondurulub".

Məlumatda o da qeyd olunub ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin şəxsinə də sanksiya tətbiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA