Azərbaycanın nə qədər xarici dövlət borcu var? - Açıqlama
23-02-2022 [18:50]
2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 %-ini təşkil edib.
Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, Azərbaqycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində yaranmış öhdəliklərdir:
"Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 %-ini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 %-ini təşkil edir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
2022-ci il yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 %-ini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 %-ini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi ardıb. Bu artıma təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir".
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə vəzifədən çıxarıldı (FOTO)
Azərbaycan neftinin qiyməti 69 dollara endi
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib