Almaniyadan Moskvaya açıq xəbərdarlıq: "Rusiyanın təbii qazından tamamilə imtina edə bilərik”

img

23-02-2022 [17:44]


“Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər”.

“RİA Novosti” xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek yerli radio kanallaırndan birinə müsahibəsində bildirib.

O, aparıcının “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Bəli, bu mümkündür”.

R.Xabek qeyd edib ki, Almaniyanın Rusiyadan başqa yerlərdən təbii qaz və xammal idxal etmək imkanları var: “Bunu gücləndirmək lazımdır”/Report.

Xatırladaq ki, fevralın 22-də Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda başçılıq etdiyi hökumətin Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırdığını bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA