AZPROMO ilə Udmirtianın "İnkişaf Konsepsiyası" arasında yeni sənədlər imzalanıb

img

21-02-2022 [11:55]


Bu gün Bakıda keçirilmiş və Rusiyanın Udmurtia bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, bunlardan biri İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Udmirtianın "İnkişaf Konsepsiyası" qurumu arasında imzalanmış əməkdaşlıq sazişidir.

Digər sənəd isə Udmirtianın "Dostluq" Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycanın Rus icması arasında əməkdaşlığa dair sazişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA