CULFA RAYONU MÜHÜM İQTİSADİ POTENSİALLA YENİ KEYFİYYƏT MƏRHƏLƏSİNDƏ...- Dosent yazır
21-02-2022 [10:38]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Uzunmüddətli iqtisadi prioritetlərinə doğru inamla addımlayan müstəqil Azərbaycan Respublikasının yeni iqtisadi inkişaf perspektivlərinin müəyyən olunması bütün iqtisadi rayonların davamlı sosial-iqtisadi inkişafına etibarlı perspektivlər açmışdır.
Artıq yeni mərhələdə regionların istehsal və sosial sferalar üzrə infrastruktur təminatının daha da gücləndirilməsi, əhalinin firəvanlıq göstəricilərinin yüksəldilməsi sahəsində əlçatanlığın artırılması, yeni iş yerlərinin açılması və məşğulluğun kəmiyyət və keyfiyyət göstəricilərinin artan dinamikada təşəkkülü və s. kimi məsələlər reallığa çevrilmişdir. Bu isə, təbii olaraq, bütün regionların, o cümlədən də, Naxçıvan Muxtar Respublikasının kənd, rayon, qəsəbə və şəhərlərinin müasir mənzərəsinin davam edən islahatlara xas nəticəsini ortaya qoymuşdur. Bu istiqamətdə Culfa rayonunun da davamlı sosial-iqtisadi inkişafı diqqəti çəkməkdədir. Abadlaşan əraziləri, modernləşən yol-nəqliyyat infrastrukturu, sosial dayanıqlığını artıran proseslərin məqsədyönlülüyünü bir daha göstərməkdədir. Culfa rayonu da geridə qalan illər üzrə hərtərəfli dövlət qayğısı əsasında özünün dinamik iqtisadi artımına davam etmiş və makroiqtisadi əhəmiyyətinə görə aktual olmuşdur. Bu isə, imkan vermişdir ki, rayon iqtisadiyyatının sahə strukturunda yer alan istiqamətlərin hər biri əlaqələli şəkildə təşəkkül tapa bilsin.
Artıq 2021-ci il Culfa rayonunun iqtisadiyyatı üçün də əldə olunan uğurlarla yadda qalmışdır. Belə ki, milli iqtisadi quruculuq proseslərinin şaxələndirilməsi bütün tərəfləri ilə yanaşı, iqtisadiyyata müqavimətlilik də gətirmişdir ki, bu rayonun da timsalında olduq qədər dayanıqlılığı ilə seçilməkdədir. 2004-cü ildən etibarən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramları hazırda dördüncü mərhələsində olmaqla, rayon iqtisadiyyatı üçün yeni imkanlar gətirmişdir. Nəticədə isə, bir tərəfdən insanların təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılması, digər bir tərəfdən isə istehsal və istehlak münasibətlərinin düzgün tənzimlənməsi məsələləri bu sahələr üzrə müəyyən olunan proseslərin sürətlənməsini təmin etmişdir. Bütün bunlar isə öz növbəsində, rayon üçün iqtisadi artımın çox zəruri təminat mexanizmi olaraq çıxış etmişdir. 2020 və 2021-ci illərin sosial-iqtisadi inkişafının nəticələrini təhlil edərkən bunları aydın şəkildə görmək olar:
Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması eyni zamanda, mezoiqtisadi əhəmiyyəti yüksək olan proseslərin də mahiyyətini artırmış, iqtisadiyyatın aparıcı sahələrinin paralel olaraq tənzimlənməsinə zəmin yaratmışdır. Bu sahədə, təbii ki, sənayenin aktuallığı diqqəti çəkməkdədir. Sənayeləşmə siyasətinin səmərəli təşkili və idarə olunması həmin sektorun müqavimətliliyini artırmaqla yanaşı, bu sahədə uzunmüddətli istehsal imkanlarının da əhatəliliyinə təminat yaratmışdır. Nəticədə isə, xammal, emal və istehsal həlqəsinin fasiləsizliyi daha da etibarlılıq qazanmışdır. Elə bunun nəticəsidir ki, muxtar respublikanın bütün regionlarında sənaye siyasətinin səmərəliliyi təmin olunmuş və cari 2022-ci il “Sənaye İli” elan olunmuşdur. Qeyd etmək olar ki, 2021-ci ildə Culfa rayonunda 8 milyon 883 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da, keçdiyimiz illər üzrə sənayeləşmə siyasətinin çox mühüm nəticələrindən birinə çevrilmişdir.
Şəkil 2
Culfa rayonunda sənaye məhsulunun istehsalı (min manat)
Hesablamalardan aydın olur ki, 2018-2021-ci illərdə rayonda sənaye məhsulunun həcmi 1,1 dəfə artmışdır. Bununla yanaşı, şəklin məlumatlarının təhlilinə əsasən qeyd etmək olar ki, geridə qalan illər üzrə sənaye məhsulunun istehsalı sahəsində əldə olunan potensial artıq qarşıdakı illərdə bu sahədə 9 milyon manatlıq məhsulun istehsal olunacağına əsaslar gətirməkdədir. Bunu, 2021-ci ildə dövlət dəstəyi ilə 17 istehsal və xidmət sahəsinin yaradılması, 5 istehsal və xidmət sahələrinin yaradılması üçün isə tədbirlərin davam etdirilməsi də bir daha göstərməkdədir.
Culfa rayonu iqtisadi potensalı ilə diqqəti cəlb edir. Uğurla davam edən iqtisadi islahatlar nəticəsində zəruri infrastruktur təminatının yaradılması, istehsala, məşğulluğa və beləliklə də, təminatqabiliyyətli iqtisadi perspektivlərə yol açacaq potensiala malik olmaq rayon iqtisadiyyatının hazırkı inkişaf səviyyəsini ifadə etməkdədir. Müvafiq istiqamət üzrə həyata keçirilən tədbirlər rayon mərkəzi ilə yanaşı, həm də onun ən ucqar dağ kəndlərində belə ən müasir təminatların kök salmasına zəmin yaratmışdır. Bütün bunlar isə, məqsədyönlü vəsait qoyuluşları ilə mümkün olmuşdur. 2021-ci ilin yekunlarının təhlili göstərir ki, Culfa rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 59 min 700 manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 38 milyon 649 min 500 manatı və ya 94,0 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Bəhs olunan göstəricinin məqsədyönlü istifadə olunması Culfa rayonunda yeni təsərrüfat fəaliyyətinin, yaradıcı proseslərin və sosial dayanıqlılığın hərəkətverici qüvvəsi olaraq çıxış etmişdir. Qeyd olunanların reallaşması rayonda 26 müxtəlif təyinatlı obyektin inşa olunması, yenidən qurulması və ya əsaslı təmir olunmaı ilə müşayiət olunmuşdur. Həmin tədbirlərin gedişi 12 müxtəlif təyinatlı obyektin də inşası və ya yenidən qurulması prosesləri ilə davam etdirilmişdir. Bütün bunlar isə Culfa rayonunun mövcud potensial üzərində gələcək perspektivlərini daha da artırmışdır.
Bəhs olunanlar, yüksək sosial mahiyyətinə görə aktuallıq qazanır. Hər şeydən əvvəl, rayonun Əbrəqunus və Camaldın bələdiyyələrinin hər birinə 1 ədəd traktor və qoşqusu verilmiş, əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilmişdir. Eyni zamanda, bu proseslər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına hərəkətverici təsiri ilə seçilmiş, fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. Təkcə, 2021-ci ildə əhalinin şəxsi vəsaiti hesabına bütövlükdə, 27124 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Hazırda isə, rayonun böyük kəndlərindən olan Yaycı kəndində içməli su şəbəkəsinin tikintisi davam etdirilməkdədir.
Milli iqtisadiyyatın əsas və aparıcı sahələrindən birini də kənd təsərrüfatı təşkil edir. Bu məqsədlə, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər Culfa rayonunun da makroiqtisadi göstəricilərinin artan dinamikada təşəkkülünə zəmin yaratmışdır. Rayonda 2021-ci ilin məhsulu üçün 8213 hektar sahədə əkin aparılmışdır.
Hazırkı iqtisadi şəraitdə iqtisadiyyatın idarə olunması bu sahədəki tənzimləmə mexanizmləri ilə müşayiət olunur. Kənd təsərrüfatı da bu sahədə strateji əhəmiyyətliliyi ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 12 mart tarixli
Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da Culfa rayon əhalisinin həm aqrar sektorda məşğulluğunun təmin olunması, həm də meyvə və tərəvəz məhsullarına olan tələbatının məhz yerli istehsal hesabına ödənilməsinə geniş imkanlar yaratmışdır.
Kənd təsərrüfatı sahəsində reallaşan hüquqi və iqtisadi tənzimləmələr digər perspektivli sahə olan üzümçülüyün inkişafında da yeni mərhələnin başlanmasına stimul vermiş və bu məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması işləri davam etdirilmişdir. Eyni zamanda, rayonda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı üçün sistemli tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərin nəticəsi olaraq, 1 yanvar 2022-ci il tarixə olan məlumatlarda rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 16 min 152 baş, qoyun və keçilərin sayı 104 min 547 baş olmuşdur ki, bu da mülkiyyət çoxnövlülüyünə əsaslanan səmərəli fəaliyyətin ifadəsi olaraq çıxış edir. Kənd təsərrüfatının makroiqtisadi inkişafda olan rolu istehsal olunan məhsulların həcmi ilə daha da etibarlı olmaqladır. Belə ki, 2021-ci ildə Culfa rayonda diri çəkidə 4094 ton ət, 10205 ton isə süd istehsal olunmuş, 157,1 ton yun əldə olunmuşdur.
Culfa rayonunda iqtisadi inkişafın davamlı xarakterə malik olması, muxtar respublikada səmərəli təsərrüfatçılıq mühitinin nəticəsi olaraq təşəkkül tapmaqdadır. Bu baxımdan da, rayonun iqtisadi ehtiyatlarından səmərəli istifadə olunması əsasında kənd təsərrüfatının məhsuldarlıq imkanlarının artırılması mümkün olmuşdur ki, burada da arıçılığın özünəməxsus rolu vardır. Arıçılıq sahəsində daha məhsuldar fəaliyyətin təşkil olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixdə imzalanmış Sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Təsdiq olunan Sərəncam “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ının səmərəli icrası üçün zəmin olmaqla, müvafiq sahə üzrə fəaliyyət üçün perspektivlilik gətirmişdir. Bu isə, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə vəsaitlərinə çıxış imkanlarını daha da asanlaşdırmışdır.
İstər, zəruri infrastruktur quruculuğu, istər, məhsuldar fəaliyyət mühitinin yaradılması. istərsə də, ardıcıl tənzimləmə mexanizmlərinin yaradılması kənd təsərrüfatı sahəsində məhsul istehsalının da həcminin artırılmasında mühüm amil olmuşdur.
Beləliklə də, müvafiq istiqamət üzrə reallaşan tədbirlər 2021-ci ildə 76 milyon 510 min 100 manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunmasına əlverişli zəmin yaratmışdır.
Culfa rayonunda kənd təsərrüfatının ümumi məhsulunun həcmi (min manat)
Təhlillər göstərir ki, Culfa rayonu muxtar respublikanın kənd təsərrüfatı sahəsindəki tənzimləmə siyasətindən kifayət qədər bəhrələnmiş, maddi-texniki təchizat üzrə əlçatanlıq əldə etmişdir. Xüsusilə, 2005-ci ildən etibarən uğurla davam etdirilən aqrolizinq xidmətindən səmərəli və məqsədyönlü istifadə olunması kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə məhsuldarlıq gətirmişdir. Məhz həmin proseslərin nəticəsində də rayonda 2018-2021-ci illər ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,2 dəfə artmışdır. Şəklin məlumatları həm də regional inkişaf üzrə Dövlət proqramlarının muxtar respublikada və onun rayonlarında səmərəli icra olunmasının gerçək ifadəsi olaraq əlamətdardır.
Davamlı iqtisadi inkişafın təmin olunmasında, makroiqtisadi proseslərin düzgün istiqamətləndirilməsində və iqtisadi artımın güclü dayaqlarının formalaşmasında nəqliyyat infrastrukturunun da müstəsna əhəmiyyətini qeyd etmək zəruridir. İstehsaldan istehlaka qədər olan fasiləsizliyin qərarlaşması bütün tərəfləri ilə yanaşı, nəqliyyat sahəsindəki əlçatanlığın da mütərəqqi ifadəsinə çevrilmişdir. Bu istiqamətdə, 50 km
uzunluğunda olan Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi 2021-ci ildə tamamlanmış və rayon mərkəzində daxili avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılmışdır.
Rayonda genişmiqyaslı infratruktur təşkilatlanmasının uğurla davam etməsi nəticəsində Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin inşasına və inzibati binasının yenidən qurulması işlərinin davam etdirilməsinə zəmin yaranmışdır. Qeyd olunan tədbirlərin reallaşması 2021-ci ildə nəqliyyat sektorunda 1671,9 min ton yükün, 8314 min nəfər isə sərnişinin daşınmasında hərəkətverici amil olmuşdur. Bir-biri ilə dinamik əlaqəli olan bu proseslər rayon iqtisadiyyatı üçün səmərəli nəticələrlə müşayiət olunmuş və beləliklə, yük və sərnişin daşınmasında ümumilikdə, 4 milyon 385 min 600 manat gəlir əldə olunmuşdur.
Makroiqtisadi inkişafın mühüm göstəricilərindən biri də informasiya və rabitə xidmətlərinin dəyərindən ibarətdir. Culfa rayonunda bütün sahələrlə yanaşı, qeyd olunan sektorun da inkişafı diqqətdə saxlanılmış və nəticədə sakinlərə dəyəri 4 milyon 137 min 100 manat olan keyfiyyətli xidmətlər göstərilmişdir. Texnoloji inkişafın və innovativ proseslərin səmərəli nəticəsi olaraq mobil rabitə xidmətlərinin dəyəri isə 2021-ci ildə 3 milyon 669 min 100 manat olmuş və ya informasiya və rabitə xidmətlərinin dəyərinin 89 faizini təşkil etmişdir.
Culfa rayonunun milli iqtisadi quruculuq proseslərində çevik iştirakı burada dayanıqlı və etibarlı enerji təhlükəsizliyi sahəsindəki prosesləri də sürətləndirmişdir. Bu isə hər bir istifadəçinin və ümumilikdə, rayon sakinlərinin kommunal xidmətlər üzrə əlçatanlığının artırılmasına güclü təminat yaratmışdır. Ölkənin qeyri-neft sektorunun inkişafı sahəsindəki tədbirlərinin də davamlılıq ifadəsi olaraq, alternativ enerji mənbələrinin müəyyən olunması Culfa rayonunda nəzərə alınmış və bu sahədə konkret tədbirlər həyata keçirilmişdir. Rayonda 1,1 meqvat gücündə Külək-Günəş Hibrid Elektrik stansiyasının tikintisinin başa çatdırılması, həmçinin 132/110/35 kilovoltluq elektrik yarımstansiyasının tikintisinin davam etdirilməsi məhz həmin tədbirlərin sosial-iqtisadi və məntiqi davamı olaraq aktuallığını artırmaqdadır. Bu tədbirlər çərçivəsində, 1 yanvar 2022-ci il tarixə rayonda artıq 8 min 783 əhali abonenti təbii qazla təmin olunmuşdur.
İqtisadi və sosial inkişafın hazırkı mərhələsi rayon iqtisadiyyatı üçün əhatəli perspektivlər gətirmiş, səmərəli iqtisadi fəaliyyət mühitinin əsaslarını yaratmışdır.
Yaradıcı və məhsuldar ideyaların reallaşması səmərəli iqtisadi ideraəetmə mühitinin mövcudluğuna təminat vermiş, nəticədə isə, sahibkarlıq fəaliyyətinin davamlılığına zəmin yaranmışdır. Bu baxımdan da, Culfa rayonunda iqtisadiyyatın aparıcı qüvvəsi olaraq, sahibkarlığın inkişafı sahəsində də sistemli tədbirlər həyata keçirilmiş, 366 fiziki şəxs qeydiyyata alınmışdır. Məhsul istehsalının stimullaşdırılması yerli məhsullara istinad edən daxili bazarın qorunmasında mühüm amilə çevrilmişdir. Sosial dayanıqlılıq ifadəsi olan bu proseslər cəmiyyət üzvlərinin ərzaq məhsulları ilə etibarlı təminatına da zəmin olmaqla yanaşı, eyni zamanda, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə də səbəb olmuşdur. Qeyd edək ki, 2021-ci ilin təkcə yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 515,4 manat təşkil etmişdir ki, bu da bazar münasibətlərinin çox mühüm tənzimləyici mexanizmi olaraq çıxış etməkdədir. Bu sahədəki proseslərin düzgün tənzimlənməsinin nəticəsində 2021-ci ildə pərakəndə əmtəə dövriyyəsi 133 milyon 388 min 800 min manata çatmış, bu göstəricinin 4,8 faizini və yaxud 6 milyon 445 min 400 manatını isə iaşə əmtəə dövriyyəsi təşkil etmişdir. Həmin dövr ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 20 milyon 407 min 400 manat olmuşdur. İstehsalla təlabat arasındakı tarazılığın qorunması məqsədilə yeni istehsal müəssisələrinin və xidmət sahələrinin yaradılması prosesləri davam etdirilərək, rayonun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi yekunlaşdırılmış, Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi isə davam etdirilmişdir.
Culfa rayonunun sosial-iqtisadi inkişafı malik olduğu etibarlılıqla seçilir. Bu isə dayanıqlı təhsil şəbəkəsinin yaradılması ilə mümkün olmuşdur. Qeyd edək ki, rayonda güclü infrastruktur təminatının yaradılması keyfiyyətli, texnoloji inkişafa və innovativ dəyərlərə əsaslanan təhsil standartlarının tətbiqinin əlçatan olmasına səbəb olmuşdur. Həmin uğurlar çərçivəsində rayonda STEAM layihəsinin tətbiqi davam etdirilmişdir.
Eyni zamanda, rayonun artan dinamikada təşəkkül tapan iqtisadi inkişafı əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılmasına hesablanmışdır. Həmin proseslərin düzgün təşkili istiqamətində Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması başa çatdırılmışdır.
Bütün bu qeyd olunanlar milli iqtisadiyyatın sosial mahiyyətinin daha da artırılması istiqamətində əhəmiyyətli nəticələrdir. Keçən müddətlər ərzində Culfa rayonunda əhalinin bütün təbəqələrdən olan hissəsinin dövlətin sosial siyasətindən
yararlanması sahəsində tədbirləri öz nəticələrini vermiş, nəticə etibarı ilə pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Təkcə, 2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 14 milyon 633 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da, həmin sakinlərə dövlət qayğısının zəruri bir ifadəsi olaraq, əhəmiyyət daşımaqdadır.
Təbii olaraq, iqtisadiyyatın sosiallaşması öz gerçək təzahürünü əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində, bu isə, nəticə etibarı ilə, demoqrafik vəziyyətin daha da yaxşılaşmasında və bu sahədəki tarazlığın təmin olunmasında göstərməkdədir. Qeyd etmək olar ki, 1 dekabr 2021-ci il tarixə rayon əhalisinin sayı bir il öncəyə nisbətdə 189 nəfər artaraq 47 min 445 nəfər olmuşdur.
Rayon iqtisadiyyatının şaxələndirilmiş milli iqtisadiyyata verdiyi töhvələr yeni iqtisadi prioritetlər baxımından aktuallıq kəsb edən turizm sahəsinin də perspektvililiyinə istiqamətlənmişdir. Belə ki, Culfa rayonunda turizmin inkişafı istiqamətində Darıdağ Arsenli Su Müalicə və istirahət kompleksinin tikintisi davam etdirilmiş, bununla da, uğurla davam etdirilən iqtisadi islahatlar yeni inkişaf mərhələsinə qədəm qoyulmuşdur.
Beləliklə, Culfa rayonu əldə etdiyi sosial-iqtisadi inkişaf göstəricilərinə görə Naxçıvan Muxtar Respublikasının makroiqtisadi inkişafında mühüm təsirə malik olması ilə seçilməkdədir. Əldə olunan nəticələr isə, rayonun hər bir kəndinin iqtisadi inkişafını, hər bir sakinin rifah göstəricilərinin daha da yüksəldilməsini təmin etməkdədir. Belə bir potensial qarşıdakı dövrlərdə daha mütərəqqi nəticələr formalaşdıracaqdır.
MİA.AZ
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB - Ailəsiylə birlikdə (MÜRACİƏT)
Şəkidə 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanıldı
İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar
KKKTC liderindən İsrailin adanın işğal planına qarşı açıq mesaj: "Arxamızda Türkiyə var, hər şeyi..."
Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...
“Azərbaycan Dəmir Yolları"nın 750 milyon dollar borcu var
Prezident İlham Əliyev Karin Keller-Sutter məktub göndərdi - MƏTN
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir
Aqrar Xidmətlər Agentliyində yoxlama: nöqsanlar aşkarlanıb
Kanadada təyyarə qəzaya uğrayıb
Milli Onkologiya Mərkəzində anarxiya: "Analizlər 250 manat, digər müayinələr 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat..."
PUTİN TRAMPIN ZƏNGİNƏ CAVAB VERMİR, ABŞ PREZİDENTİ İSƏ TƏHDİD EDİR: "Rusiyanın etdikləri iyrəncdir"
Azərbaycan nefti bir dollar ucuzlaşdı
Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıldı: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir"
TRAMP TÜRKİYƏYƏ DƏ GÖMRÜK TARİFİ TƏTBİQ ETDİ - Suriyaya isə....
Xalq artisti Arif Babayev vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
RƏSMİ BAKIDAN BÜST QALMAQALINA SƏRT REAKSİYA: "Bu, Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub, qaldı TASS-a..."
BMT: "İsrailin yardım marşrutları təhlükəlidir"
Konfrans Liqası: "Araz-Naxçıvan" tur adladı (YENİLƏNİB)
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilərin Bakıda məhkəməsi + FOTOLAR
"Barselona"nın sabiq futbolçusu kuryoz hadisə ilə qarşılaşıb - İt cinsiyyət orqanını qapıb
"Qalatasaray" sağ cinah müdafiəçisi transfer etmək istəyir
İran prezidentindən xəbərdarlıq: "Tehranda su sarıdan ciddi problemlərlə üzləşəcəyik”
Şirkət rəhbəri məhkəmədə: "Fərhad Əhmədovdan 200 min dollar rüşvət almışdım..." - "Qərar vardı ki, onun bütün əmlaklarına həbs qoyulsun"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İsrail ordusunun 7 əsgəri intihar edib
Qəzzada savaş: daha 101 nəfər ölüb
Duşan Tadiçin yeni komandası bəlli olur
"Kasımpaşa" yarımmüdafiəçi ilə müqavilə imzalayıb
Müəllimlərin işə qəbulu: vakansiya seçimi başlayır
Avqustda hava necə olacaq? - Aylıq proqnoz
"Beşiktaş" Kerem Atakan Kesgin ilə yollarını ayırıb
"Sivasspor" qapıçı transfer edib
"Alanyaspor" hücumçusu ilə yollarını ayırıb
"Kocaelispor" Polşalı müdafiəçini icarəyə götürüb
Avropa birinciliyi: idmançılarımız medal qazandı
Sabiq məmurun oğlu məhkəmədən niyə yayınır? - Milyonluq qalmaqal