MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib

img

07-09-2021 [22:08]


Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.

Məlumata görə, ilk oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib. Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərini sabah keçirəcək. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah komanda yarışında qaliblər müəyyənləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA