Gənc boksçu aldığı zərbələrdən ölüb

img

03-09-2021 [17:20]


Kanadanın Monreal şəhərində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.

Məlumata görə, meksikalı qadın boksçu Janett Zakarias Sapata yerli Mari Pyer Ulla görüşdə aldığı ağır zərbədən sonra dünyasını dəyişib.

19 yaşlı idmançı avqustun 28-də baş tutan döyüşün 4-cü raundunda nokauta düşüb. Bir neçə saniyədən sonra halı pisləşən Sapata huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan gənc boksçu 5 gün koma vəziyyətində qaldıqdan sonra vəfat edib.

Qeyd edək ki, karyerası ərzində 5 döyüş keçirən Janett Zakarias Sapata bunların 2-də qələbə qazanıb. O, son iki qarşılaşmada isə nokautla uduzub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA