Sabahın hava proqnozu açıqlandı

img

22-08-2021 [12:36]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-37° isti olacaq.

Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA