İnfeksionist: "Əvvələr insanlarda qorxu vardı, amma indi sanki virus onlar üçün adiləşib"
19-08-2021 [14:11]
"Dünya ölkələrində səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizəyə gücü çatmır".
Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus bəyan edib.
O bildirib ki, “Delta” ştammı koronavirus əleyhinə tədbirləri, dünya ölkələrinin kollektiv reaksiyasını qabaqlayır. Ştamm sürətlə yayılır, yoluxuculuğu daha artıqdır.Daha bir problem isə vaksin çatışmazlığı yaşayan ölkələrdir.
ÜST rəhbəri bir daha dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrə peyvənd yardımına çağırıb, ehtiyacdan artıq dozaların alınmasından imtinaya dəvət edib. Hazırda Azərbaycanda “Delta” ştammı yayıldığına və son günlər yoluxma dinamikasında artım müşahidə olunduğuna görə, vəziyyətin necə olacağı müzakirə mövzusudur.
Bununla bağlı Cebhe.info-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, “Delta” ştammı ilə bağlı məsələ ciddidir:
“Burada sürətli yayılma amili var. Koronavirus bütün dünyada, o cümlədən qonşu ölkələrdə sürətlə yayılır. Xüsusən də Gürcüstan və Rusiya daha acınacaqlı vəziyyətdədir.
Azərbaycanda karantin qaydalarının yumşaldılmasından sonra gördük ki, virus yayılmağa başladı. Ölkəmizdə virus bu qədər sürətlə hələ artmamışdı. Təbii ki, bunun əsas səbəbi “Delta” ştammıdır. Çünki bu ştamm digərlərindən 40-60 faiz daha sürətlə artır. Bu o deməkdir ki, əvvəl virusu bir nəfər üç nəfərə yoluxdururdusa, indi sözügedən ştammı üç nəfərdən çox adam yoluxdurur”.
Həkim bildirib ki, əhalidə arxayınlaşma var: “Əvvələr insanlarda qorxu, məsuliyyət vardı, amma indi sanki virus onlar üçün adiləşib. Buna görə də çoxları tibbi maska taxımır, özlərini qorumurlar. Belə məqamda birinci günahı yoluxanlarda görürəm. Çünki kim yoluxubsa, deməli özünü qoruya bilməyib. Düzdür, bəzi hallarda insanlar bilmədən yoluxur. Amma belə hallar olduqca azdır”.
İnfeksionist əlavə edib ki, indiyədək virusla bağlı belə ağırlaşmalar müşahidə edilmirdi:
“Amma indi və bundan sonra ağırlaşma və ölüm halları müşahidə edilir və ediləcək. Virusla bağlı xəstəxanalara müraciət edənlərin sayı çoxalıb. Reanimasiyaların viruslu xəstələrlə dolu olması onu göstərir ki, ölüm sayı artacaq”.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb