Nizami rayonunda ağaclıq əraziləri kimlər talan edir? - FOTO

img

19-08-2021 [11:15]


Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.

Sakinlərdən  daxil olan müraciətdə bildirilib ki, ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparılacağı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb: "Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır".

Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov da “Report”a bildirib ki, ağacların kəsilməsi təhlükəsi ilə bağlı ərazidə yaşayan sakinlərdən müraciət daxil olub:

“Məsələni öyrənən kimi dərhal müdaxilə etdik və tikilinin qanunsuz olduğu ortaya çıxdı. Özünü idmançı kimi təqdim edən şəxs ağacları kəsdirib yerində tikinti aparmaq istəyirdi. Lakin operativ müdaxiləmiz nəticəsində iş dayandırıldı. Hazırda tikinti materialları ərazidən götürülür”.

Mia.az-a daxil olan məlumata görə, Nizami rayonunda yaşıllıq ərazilərdə tikinti işləri aparanlar YAP rayon təşkilatının biznesmen üzvləridir. Onlar rayonn ərazisində xeyli yaşıllıq əraziləri məhv edərək, 100-dən çox obyekt tikiblər: "Elə bazar istiqamətində yolun kənarında olan yolka ağaclarını da bunlar məhv etdi. Keçmiş icra başçısı da bunlardan geri qalmadı, həmyerlilər birləşərək, rayonu talan elədilər".

Şikayətçilər onlarınadlarını da çəkib, lakin özləri ilə danışa bilmədiyizdən detallara toxunmadıq.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA