İcra başçısının bacısı oğlu vəzifədən çıxarıldı - FOTO

img

18-08-2021 [16:21]


Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olnmadığı hələ açıqlanmayıb.

Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.

Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA