Türkiyədə müalicə olunan qazilərimiz ziyarət olunur - FOTOLAR

img

17-08-2021 [23:58]


44 günlük Vətən müharibəsində qazi olmuş bir qurup qazimizin müalicəsi hal-hazırda qardaş Türkiyə dövlətində davam edir.

Mia.az xəbər verir ki, Tükiyədə müalicə alan qazilərimizi Türkiyədə yaşayan xanım soydaşlarımız və onları ailələri ziyarət edir və qazilərimizə mənəvi dəstək olurlar.

Türkiyədə müaəlicə alan qazilərimizə - Qurbanov Əbülfət Tanverdi oğluna, Qurbanov Xəyal Elbrus oğluna, Camalov Talehə və digərlərinə tez-tez ziyarət edən şəxslər arasında Aida Qurbanova və həyat yoldaşı Mehmet Ciftcioğlu, Natavan Şadlınskaya və onun həyat yoldaşı İlyaz bəy, Arzu Qurabanı , Gülmira Əhmədova, Səadət xanım, Ramal bəy və digərləri də var.

Xatirladaq ki, qazimiz Əbülfət Qurbanov Füzulinin, Qubadlının, Laçının və Cəbrayılın azad oluması döyüşlərində ştirak edib.

Noyabrın 2-də Laçının Güləbird kəndində gedən döyüşlərdə yaralanmışdı. Qazimiz Qurbanov Xəyal Elbrus Oğlu 27 sentaybrdan Vətən müharibəsinə qatılıb, 14 oktabrda Mazdakert yüksəkliyində yaralanmışdı. Qazimiz 12 dəfə ağır əməliyyat keçirib və "Cəsur döyüşçü" və "Suqovşanın azad olunması" medalı ilə təltif olunub. Xanım soydaşkarımız və onların həyat yoldaşlarının qazilərimizə bu cür dəstək çox müsbət hadisə kimi qiymətləndirilir.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA