"Bu, cibgirlikdir, vətəndaşı talamaqdır!“ - 120 manatlıq qaz limiti niyə yanvarın 1-dən hesablanır?
17-08-2021 [23:43]
Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 120, ev 24 ünvanında yaşayan paytaxt sakini, Qarabağ müharibəsi veteranı Vüqar Ələsgərov “Azəriqaz”dan şikayətçidir.
MİA.az xəbər verir ki, şikayətçi “Azəriqaz”ı Tarif Şurasının son qərarını pozmaqda və vətəndaşları aldatmaqda ittiham edir.
“Bu günlərdə smart kartla qaz sayğaçını yüklədikdə bütün məbləğ borcun ödənilməsinə getdi. 104 xidmətinə zəng edib bildirdim ki, mənim qaz borcum yoxdur, 220 manatlıq limiti keçməmişəm. Üstəlik Tarix Şurasının yeni qərarı ilə hesablanma qaydası iyunun 1-dən qüvvəyə minib. Mənə bildirildi ki, qərar iyunun 1-dən qüvvəyə minsə də, limit 2021-ci il yanvarın 1-dən hesablanır. 120 manatlıq limiti keçdiyiniz üçün ödədiyiniz məbləğ borca hesablanıb”. Vüqar Ələsgərovun sözlərinə görə, 104 xidmətinin əməkdaşı ilə telefon danışığı zamanı mübahisəmiz uzun çəkib. ““Azəriqaz”ın niyə limiti məhz yanvarın 1-dən hesablamasına xidmət əməkdaşı məntiqli cavab verə bilmədi: “Mən neyləyə bilərəm ki, özüm də sizin kimi sıravi vətəndaşam”.
Dərd odur ki, limitin yanvarın 1-dən hesablandığını indi öyrənən mənim kimi yəqin ki, cəmi-cümlətanı bir neçə şəxsdir. Vətəndaşların əksəri Tarif Şurasının qərarının iyunun 1-dən qüvvəyə mindiyini düşünərək limiti keçməsinə hələ çox qaldığını düşünür. “Azəriqaz” da əhalini bu barədə xəbərdar etməyib. Hələ yaydır, görün payızda və qışda nələr çəkəcəyik!".
Şikayətçi bildirir ki, faktiki olaraq bütün əhali limiti keçmiş abonent kimi 20, ya da 25 qəpikdən ödəniş etməli olacaq:
"Bu, cibgirlikdir, vətəndaşı talamaqdır! “Azəriqaz” İstehsalat Birliyinin Tarix Şurasının qərarını pozduğu da açıq-aşkardır. Mövzunun ictimailəşdirilməsinə böyük ehtiyac olduğunu düşünərəm. Əgər buna indidən etiraz etməsək, qışda soyuqdan donmalı olacağıq, həm də “Azəriqaz”ın borc quyusundan çıxa bilməyəcəyik!”.
Qeyd edək ki, iyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclasında qəbul edilmiş qərara əsasən, əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200-2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Şuranın qərarı 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib.
Mia.az
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb