Daxili İşlər Nazirliyi vəkillə çəkişən polislərlə bağlı xidməti yoxlamaya başlayıb

img

17-08-2021 [12:32]


Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır.

Bu barədə DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır:

Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb.

Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA