Gizir Mirzə Əhmədov dəfn olunub - MN-dən açıqlama (Yenilənib)

img

15-08-2021 [15:56]


Bir ildən artıq komada olan və dünən vəfat edən gizir Mirzə Əhmədov dəfn olunub.

Məlumata görə, Silahlı Qüvvələrin giziri Mirzə Əhmədov Cəlilabad rayonunun Ocaqlı kəndində bu gün torpağa tapşırılıb.

Vida mərasimində onun yaxınları, hərbçi yoldaşları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib/Report.

Allah rəhmət eləsin!

***

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildiririk ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".

Mia.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin yaydığı məlumatda  bildirilib.

Qeyd olunub ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib: "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir".

****

Koma vəziyyətində olan Azərbaycan Ordusunun giziri, Cəlilabad rayonunun Ocaqlı kəndindən olan Əhmədov Mirzə Balaqardaş oğlu vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün doğulduğu Ocaqlı kəndində dəfn ediləcək.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA