Gəncədə yaşadığı ünvanı özbaşına tərk edən koronavirus xəstəsi saxlanılıb - FOTO

img

13-08-2021 [12:08]


Gəncədə yaşadığı ünvanı özbaşına tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakininin evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib.

Bildirilib ki, xanım ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım yaşadığı evə göndərilib.

Faktla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA