“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb
10-08-2021 [14:32]
ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva qaliblərə təbriklərini çatdırıb. Qaliblərlə qürur duyduğunu xüsusi vurğulayan Fərəh Əliyeva, həmçinin qeyd edib ki, müasir və dünyəvi idarəçilik modelini əhatə edən “Yüksəliş” müsabiqəsi kimi əhəmiyyətli layihənin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə təşkil olunması kadr islahatlarının mühüm istiqamətlərindən biridir. Fərəh Əliyeva çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Yüksəliş” müsabiqəsinin qaliblərinə təbrik məktubunu bir daha xatırladaraq bildirib ki, Birinci xanım Mehriban Əliyevanın da dediyi kimi, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib. Müsabiqənin Təşkilat Komitəsinin sədri qaliblərə gələcək karyera yolunda uğurlar arzulayıb, onların hər birinin dövlətçilik ənənələrinin inkişafında, Qarabağın yenidənqurulumasında və dirçəlişində töhfəsi olacağına inamını ifadə edib.
“Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizin peşəkar və ixtisaslı kadrlarının müsabiqəyə marağını yüksək qiymətləndirib. İşçi Qrupunun rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi ökəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Fərhad Hacıyev əlavə edib ki, ölkəmizin təcrübəli, öz sahələrində kifayət qədər uğurlar əldə etmiş kadrlarına dövlətin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak etmək imkanının yaradılması onlar üçün böyük motivasiya qaynağı oldu. Fərhad Hacıyev qalibləri təbrik edib, onlara müsabiqəyə qatıldıqları üçün təşəkkürünü bildirib.
ADA Universitetinin rektoru Hafiz Paşayev “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib, müsabiqənin ölkənin yeni nəsil idarəçilərini seçmək istiqamətində təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Hafiz Paşayev, həmçinin qaliblərlə universitet tələbələrinin görüşlərinin təşkil olunacağını diqqətə çatdırıb. O, müəllifi olduğu “Yüksəlişə doğru” kitabını müsabiqənin qaliblərindən biri olan Orxan Quliyevə təqdim edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müsabiqənin imtahan prosesində iştirakçıların imtahan vermək rahatlığını təşkil etməklə yanaşı, şəffaflığın yüksək səviyyədə təminatı üçün İşçi Qrupu heyətinə, Dövlət İmtahan Mərkəzinə təşəkkürünü bildirib. Nazir əlavə edib ki, müsabiqə sona çatsa da, qaliblərin gələcək fəaliyyəti üçün yeni mərhələ başlayır. Bilik və bacarıq kompetensiyaları yüksək olan idarəçilərə daim ehtiyac olduğunu vurğulayan Mikayıl Cabbarov qaliblərlə müxtəlif sahələrdə eyni komandada, uğurlu əməkdaşlıqlarda görüşməyi arzuladığını bildirib və onlara səmimi təbriklərini çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə əhatəli və idarəçiliklə bağlı peşəkar müsabiqə formatının ölkədə təşkilini yüksək qiymətləndirib. Nazir potensial kadrların dəstəklənməsi, onların təcrübələrinin ölkəmizin müxtəlif sahələrində tətbiqi, bilik və bacarıqlarının doğru hədəflərə yönləndirilməsi baxımından əlçatan fürsətin yaradılmasına görə ölkə başçısına təşəkkürünü bildirib, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu müsabiqənin bir parçası olmaqdan məmnunluğunu bildirib. O, müsabiqənin onlayn mərhələsində ölkəmizdə ilk dəfə olaraq bu qədər geniş tərkibdə iştirakçının eyni anda imtahan vermək prosesini təşkil etmək baxımından “Yüksəliş” müsabiqəsində yaxından iştirakın Dövlət İmtahan Mərkəzi üçün də faydalı təcrübə olduğunu qeyd edib. Məleykə Abbaszadə bildirib ki, müsabiqə həm də ölkənin müxtəlif qurumlarını və rəhbərlərini bir araya gətirdi, onlar arasında əlaqələri daha da möhkəmləndirdi.
Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsinin sədri və idarəçi rəhbərlər qaliblərə mükafatları və sertifikatları təqdim ediblər.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin finalında idarəçiliklə bağlı bilik və bacarıqlarına görə seçilən 27 nəfər qalib elan olunub. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onların hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib.
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov