Komitə 5 azyaşlı uşağı “Qəbul otağı”nda atan qadınla bağlı məlumat yaydı
11-08-2021 [19:42]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qeydiyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qaydada qəbul edib.
Komitədən Mia.az-a verilən məlumata görə, vətəndaş M.F.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun ailəsinin mənzillə təmin edilməsi barədə olub. Müraciətə cavab olaraq, Quliyev İlkin Mətləb oğlunun ailəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş 50 mənzilli yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib:
"Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Komitənin əməkdaşları dərhal hadisə barədə rəhbərliyə məlumat veriblər. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və yalnız bu zaman aydın olub ki, onlar vətəndaş M.F.Əliyevanın oğlu İlkinin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra, uşaqlar öz ailəsinə təhvil verilib.
Uşaqları komitənin binasında qoyub gedən Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində, valideynlərinə məxsus evdə daimi qeydiyyatdadır və məcburi köçkün deyildir. O, Quliyev İlkin Mətləb oğlu ilə 2013-cü ildə ailə qurub və bu nikahdan 5 övladı var.
Dövlət Komitəsi bildirir ki, Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə 191 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və onların işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış sahəsi – ev və ya mənzillə təmin olunması nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Komitəsi İlkin və Səbinə Quliyevlərin ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alır və onlara öz doğma rayonlarında üçotaqlı, tam təmirli mənzilə köçməyi təklif edir.
Dövlət Komitəsi bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, onlar üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Mərhələli qaydada həyata keçiriləcək qayıdış zamanı ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar".
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov