Rektor prorektoru vəzifədən azad edib

img

02-08-2021 [18:38]


Azərbaycan Dövlət İqtisad Universietinin (UNEC) tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev vəzifəsindən bu gün azad edilib.

Mia.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.

O bildirib ki, UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edib: "Dosent A.Rzayev öz işini mükəmməl bilən, peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA