Çempionlar Liqası: "Dinamo" Bakıya 22 futbolçu ilə gəlib

img

13-07-2021 [17:24]


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Neftçi" ilə qarşılaşacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu Bakıya 22 futbolçu ilə gəlib.

Mia.az Report-a istinadla xəbər verir ki, bunların üçü qapıçı, yeddisi müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: Roin Kvasxvadze, Omar Migineişvili, Luka Kutalaze

Müdafiəçilər: Davit Kobouri, Nodar İaşvili, Levan Xarabadze, Saba Xvadagiani, Simon Benio, Fabian Sportsklede, Sandro Kalandadze

Yarımmüdafiəçilər: Georgi Papava, Georgi Kutsiya, Anzor Mekvabişvili, Nodar Kavtaradze, Tornike Morçiladze, Bakar Kardava, Barns Osey, Georgi Çxetiani, Milan Radin

Hücumçular: Georgi Qabedava, Zoran Maruşiç, Tornike Axvlediani

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA