Yakubunun “Qarabağ”a transferi baş tutmayıb

img

12-07-2021 [13:03]


“Vitoriya”nın hücumçusu Abdul-Aziz Yakubunun “Qarabağ”a transferi baş tutmayıb.

Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi bunu qanalı forvardın səhhətindəki problemlə əlaqələndirib: “Abdul-Aziz Yakubu bir neçə gün əvvəl komandamızın Avstriyadakı təlim-məşq toplanışı üçün düşərgəmizə qoşulmuşdu. Klubu ilə də müəyyən məbləğ qarşılığında razılıq əldə olunmuşdu. “Qarabağ” klubu həmin transfer məbləğini ödəməyə hazır idi. Çünki baş məşqçimizin istədiyi hücumçu idi. Təəssüf ki, tibbi müayinədən uğurla keçə bilmədi. Tibbi müayinə göstərdi ki, bu futbolçu uzunmüddətli müqavilə üçün yararlı deyil. Bu üzdən klubu ilə yenidən danışıqlar apardıq, lakin bu da bir nəticə vermədi. Bu səbəbdən Yakubunu “Vitoriya”nın düşərgəsinə qaytardıq”.

Abbaszadə məşqçilər korpusunun başqa variantları nəzərdən keçirəcəyini sözlərinə əlavə edib: “Azarkeşlərimiz narahat olmasınlar. “Qarabağ”ın transfer çalışmaları davam edir. Alvernativ variantlara baxacağıq”.

Qeyd edək ki, Abdul-Aziz Yakubunun “Qarabağ”la 4 illik müqavilə imzalaması planlaşdırılırdı. Ağdam klubunun bu keçid üçün Portuqaliya təmsilçisinə 1 milyon avro ödəməyə hazır olduğu vurğulanmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA