AVRO-2020: İspaniya penaltilərlə rəqibini devirdi - VİDEO

img

02-07-2021 [23:51]


Bu gün Avropa çempionatında 1/4 final mərhələsində İspaniya və İsveçrə komandaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib.

Onu da qeyd  edək ki, 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.

Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1.

Komanda yarımfinalda Belçika - İtaliya cütünün qalibi ilə görüşəcək. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA