Şəhriyar Məmmədyarov: "Ən sevdiyim şahmatçısı Kasparov olub"

img

11-07-2021 [10:48]


"28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub".

Mia.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib: "Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA