ABŞ-dan Rusiya qarşı savaşa səbəb olacaq sərt sanksiya - Kəşfiyyat qurumlarının rəhbər şəxslərinə qarşı fərman

img

30-12-2016 [00:52]


ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.  

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Fərmana əsasən, sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar və əhəmiyyətli dərəcədə artmış pisniyyətli kiberaktivliyin qarşısını almaq məqsədi ilə tətbiq edilib.   

Məlumata görə, sanksiyalar 6 şəxsi və Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi (BKİ) və BKİ-nin kiber əməliyyatlarını dəstəkləyən şirkətlər daxil olmaqla Rusiyanın 5 təşkilatına şamil edib.   

Sanksiya siyahısına BKİ rəhbəri İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və İqor Kostyukov, müavini Sergey Qizunov daxil ediliblər.  

Siyahıya həmçinin kiber hücumlarında şübhəli bilinən Aleksey Belan və Yevgeni Boqaçov adlı şəxslər də daxil edilib.  

Fərmana əsasən, siyahıya daxil edilən şəxslərin ABŞ ərazisindəki əmlakı həbs olunacaq.  

Bundan əvvəl ABŞ-ın 17 xüsusi xidmət orqanlarından bəziləri rusiyalı  hakerlərin ölkənin siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA