Zərərçəkmiş: “Ermənilər Bakıda metronu partladan azərbaycanlını ələ almışdılar”

img

30-06-2021 [13:10]


Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Mia.az “Report”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zahid Həsənov dindirilib.

Onun sözlərinə görə, 1994-cü ildə erməni hərbçiləri tərəfindən əsir götürülüb: “Biz 4 nəfər əsir Xankəndində saxlanırdıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi Azər İsmayılovu komandirin otağını təmizləməyə apardılar, iki saatdan sonra geri qayıtdılar. Sonra həmin əsiri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu söhbətə tutmağa başladılar. Bir saatdan çox söhbət apardılar. Həmin ermənilər gəldilər ki, otağı Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi dedi ki, Azər otağı təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov Bakıda metronu partlatdı"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA