Baş İdarə rəisi vəzifədən azad olunub

img

23-01-2026 [17:51]


Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub.

Bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb.

Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub/iqtisadiyat.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA