"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO

img

10-03-2026 [15:05]


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün İrana  humanitar yardım karvanı göndərib.

Mia.az xəbər verir ki, artıq yardım karvanı "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən İrana doğru yön alıb.

Məlumat üçün qeyd edək ki, humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə İran prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Bununla yanaşı, Azərbaycan prezidenti ötən gün İranın yeni ali dini liderini təbrik edib.

Maraqlı budur ki, Naxçıvana dron hücumundan sonra haqlı olaraq dəmir yumruq kimi birləşən Azərbaycan xalqı və rəhbərliyi qonşu ölkəyə haqlı olaraq çox srət mesajlar verdi. Hətta ölkənin Ali Baş Komandanı cavab aktının hazırlanması barədə tapşırıqlar verdi.

Lakin sonradan qarşı tərəfindən "bu hücum bizlik deyil, araşdırma aparırıq", - deyə təkrarlanan bəyanatlarından və İran prezidentinin zəngindən sonra münasibətlərin qismən qaydaya düşməsi, İranın araşdırma vədindən sonra yumşalma prosesinin getdiyi bir ərəfədə "Haber Global" media şəbəkəsinin başında duran Elnur Abdullayev İran rəhbərliyini çox ağır şəkildə təhqir edib, onları "çaqqal" adlandırıb. Hər halda böyük bir media şəbkəsinin sükanı arxasında olan bir zatın hər sözü daşıdığı statusa görə ciddi qəbul olunduğundan onun belə ağır təhqirə keçməsi maraqlı nüansdır...

Həmin paylaşımı aşağıda təqdim edirik:

Samir 

mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA