İlham İsmayıl reanimasiyadan palataya köçürülüb: "Səhhətim yavaş-yavaş yaxşılaşır"

img

23-01-2026 [16:14]


Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunub. 

Mia.az xəbər verir ki, İlham İsmayıl əməliyyatdan sonra Oxu.Az-a səhhəti ilə bağlı açıqlama verib.

O bildirib ki, dünəndən etibarən reanimasiyadan palataya köçürülüb: "Ürəyimdə problemlər olduğuna görə 2021-ci ildən etibarən gündə üç dəfə dərman qəbul edirdim. Bundan əlavə, xəstəliklə əlaqəli virus əleyhinə dərmanlar qəbul etdiyim üçün mədəm zədələnib. Bunu hiss etməmişəm. Çox güclü qanaxmalar olub. Vəziyyət boğulma həddinə çatdıqda məni yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalına yerləşdiriblər. Qan itirdiyim üçün burada mənə çoxlu qan köçürüblər. Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda həkim nəzarətindəyəm. Fasiləsiz sistem altındayam".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA