ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
24-01-2026 [12:34]
Qazaxıstan və Özbəkistanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na təsisçi kimi daxil olması, Azərbaycan və Ermənistanın da eyni platformada yer alması təsadüf deyil. Bu, nə diplomatik jestdir, nə də humanitar romantika. Bu, ABŞ-ın Cənubi Qafqaz və Türküstanı eyni strateji paket kimi oxumağa başladığının açıq siqnalıdır.
Bu gün əsas sual “ABŞ bölgəyə diqqət ayırırmı?” deyil.
Sual budur: ABŞ bölgədə təsirini hansı üsulla artırır?
Cavab sadədir: tankla yox, platforma ilə; baza ilə yox, koordinasiya ilə; ultimatumla yox, normallaşma dili ilə.
“Sülh Şurası” hüquqi baxımdan zəif ola bilər. Amma geopolitikada institutlar həmişə kağız üzərində zəif başlayır. Güclü olan niyyət və ardıcıllıqdır. Vaşinqton artıq anlayıb ki, Rusiya köhnə imperiya refleksləri ilə, İran isə ideoloji isterika ilə bu bölgəni saxlaya bilməz. Çin isə iqtisadi təsir qurur, amma təhlükəsizlik yükünü daşımaq istəmir. Bu boşluqda ABŞ yeni rol biçir: arxitekt rolunu.
Azərbaycan bu arxitekturanın mərkəzindədir. Çünki Bakı təkcə Cənubi Qafqazın yox, Türküstan–Anadolu xəttinin də kilid nöqtəsidir. Enerji, tranzit, təhlükəsizlik və normallaşma eyni anda burada kəsişir. ABŞ bunu görür. İran da görür və məhz buna görə əsəblər bu qədər gərgindir.
Tehranın yüksək səviyyəli rəsmisinin “dəhliz Trampın muzdlu qüvvələri üçün qəbiristanlıq olacaq” deməsi diplomatik mövqe deyil. Bu, panikanın etirafıdır. Çünki İran anlayır: ABŞ-Azərbaycan yaxınlaşması tək başına təhlükə deyil; Türkiyə, Türküstan və Qərb koordinasiyası ilə birlikdə təhlükəlidir.
Əsas məsələ Cənubi Azərbaycandır. Bu mövzu illərdir susdurulub, ya da folklor səviyyəsinə endirilib. Amma indi vəziyyət dəyişir. ABŞ bu mövzunu açıq şəkildə qaldırmır, amma onu təcriddən çıxarır. Geopolitikada bəzən ən böyük dəyişiklik səssiz olur.
Bu, Cənubi Azərbaycan üçün sabah müstəqillik demək deyil. Bu, bayraq dəyişimi də deyil. Amma bu, xaos zamanı tam sahibsiz qalmamaq deməkdir. İran post-Xamneyi dövrə girərsə, parçalanma və ya dərin böhran yaşanarsa, Cənubi Azərbaycan ilk dəfə olaraq beynəlxalq gündəmdə “kor zona” olmayacaq.
ABŞ-ın Almaniya nümunəsində etdiyi də buydu: əvvəl platforma, sonra institut, daha sonra struktur dəyişimi. Burada da eyni mexanizm işə düşə bilər-fərqli coğrafiyada, fərqli sürətlə, amma eyni məntiqlə.
Bu proses nə Qərbin xeyirxahlığıdır, nə də romantik demokratiya ixracı. Bu, soyuq güc hesabıdır. ABŞ bölgədə qayıtmır, ABŞ bölgədə oyunun qaydasını dəyişir.
Ən vacib nəticə isə budur: bu dəfə oyun təkcə Tehran və Moskva arasında getmir. Bakı masadadır. Ankara yanındadır. Türküstan oyundadır. Bu, köhnə imperiyalar üçün pis xəbərdir.
Və geopolitikada pis xəbərlər adətən gec-tez gerçəyə çevrilir.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ-a İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO