Qərb–İran savaşı: Azərbaycan niyə bu müharibədə olmamalıdır? - TƏHLİL
24-01-2026 [12:18]
Qərb-İran qarşıdurması artıq ritorika mərhələsini geridə qoyub. Məsələ nə diplomatik gərginlikdir, nə də müvəqqəti eskalasiyadır, bu proses regionu udacaq təhlükəli qarşıdurma mərhələsinə daxil olub.
Reuters açıq bildirir: “İran hər hansı hücumu ümumi müharibə sayacaq.” Financial Times daha dürüstdür: “ABŞ regionda hərbi varlığını artıraraq İranı çəkindirməyə çalışır.”
The Economist isə cümləni tamamlayır: “İran rejimi zorakılıqla ayaqda qalır və bu, onun zəifliyinin göstəricisidir.”
Bu sitatların alt mətni birdir: Qərb İrandan islahat istəmir. Qərb İrandan təhlükəli olmamağı, amma real gücə çevrilməməyi istəyir.
“Nüvə həddində saxlanılan dövlət” – müasir boğma siyasəti
Qərbin İranla bağlı əsas strategiyası Tehranın nüvə həddində saxlanılan dövlət statusunda qalmasıdır. Qərb analitik dilində buna açıq ad qoyulub:
ingiliscə – nuclear threshold state,
türkcə – nükleer eşikte tutulan ülke,
rusca – ядерное пороговое государство.
Məna sadədir: İran nüvə silahını istehsal etməsin, amma istehsal edə biləcək qədər yaxın saxlanılsın və bu yaxınlıqla daim təhdid altında yaşasın. Bu, təhlükəsizlik deyil. Bu, strateji boğma siyasətidir.
İran nə zəifdir, nə güclü. Nə azaddır, nə də məğlub. Daim “bir addım qalsın” vəziyyətində saxlanılan ölkədir.
ABŞ diktə edir, Avropa Birliyi izah edir
Oyunun qaydalarını ABŞ yazır. Avropa Birliyi isə bu qaydaları “diplomatiya”, “razılaşma”, “normativ çərçivə” adı ilə yumşaldır. Amma məzmun dəyişmir:
İrana deyilir:
texnologiyan olsun, amma suveren qərarın olmasın;
potensialın olsun, amma istifadə etmə;
özün risk altında ol, amma risk yaratma.
Bu tərəfdaşlıq deyil. Bu, nəzarət altında saxlanan gücdür.
İnsan hüquqları: prinsip yox, mexanizm
İnsan hüquqları Qərb üçün dəyər deyil, idarəetmə alətidir. Lazım olanda işə salınır, lazım olanda susdurulur. Eyni regionda daha sərt rejimlər “strateji müttəfiq”, İran isə “problem” adlandırılır.
İran rejimi daxili repressiyanı artıq gizlətmir. Minlərlə insanın qətlə yetirildiyini də etiraf edir və açıq deyir: “Zəifləsək, bizi parçalayacaqlar.”
Beləliklə, Qərbin “dəyərlər dili” dəyişiklik yaratmır. Əksinə, avtoritarizmi möhkəmləndirir.
Müstəfası o ki…
Qərb İrandan demokratiya istəmir.
Qərb İrandan sülh də istəmir.
Qərb İrandan nüvə həddində saxlanılan, güclü olmayan, amma dağılmayan dövlət istəyir. İran isə bunu rejimin sonu kimi görür.
Ona görə də əsas sual “müharibə olacaqmı?” deyil.
Əsas sual budur: bu boğma siyasəti nə vaxt idarəolunmaz olacaq?
Bu müharibə İranla bitməyəcək
Bir məsələni açıq demək lazımdır: İranla mümkün müharibə lokal qarşıdurma olmayacaq. Bu, nə İsrail–İran duelidir, nə də ABŞ–İran savaşı. Bu, regionu dalğa-dalğa vuracaq müharibə ssenarisidir.
Ən birinci zərbə Cənubi Qafqaza dəyəcək. Türkiyə, Azərbaycan və Ermənistan bu prosesin təsirindən kənarda qala bilməz. Hərbi baxımdan olmasa da, humanitar baxımdan: kütləvi qaçqın axını, sərhədlərə təzyiq, sosial və təhlükəsizlik riskləri qaçılmazdır.
Bu, nəzəri ehtimal deyil. Bu, Yaxın Şərq müharibələrinin dəyişməyən nəticəsidir.
Qərb artıq buna hazırlaşır. Böyük Britaniyanın Qətərə döyüş təyyarələri yerləşdirməsi təsadüf deyil. Bu addım haqlı sual yaradır: İran Qətəri vura bilərmi? Texniki baxımdan bu mümkündür.
Siyasi baxımdan isə risk yalnız Qətərlə bitmir. Mümkün eskalasiya halında Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn də zərbə altında qala bilər. Yəni müharibə Fars körfəzini aşaraq ərəb dünyasını da udacaq.
Bu mesaj artıq gizli deyil.
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Ceyhun Bayramovla görüşdən sonra açıq şəkildə bildirdi: “Əgər İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.”
Bu, diplomatik ritorika deyil. Bu, xəbərdarlıqdır.
Azərbaycan niyə bu müharibədə olmamalıdır?
Bu sual emosional deyil. Bu sual ideoloji də deyil. Bu sual birbaşa milli təhlükəsizlik məsələsidir.
Bu, Azərbaycanın müharibəsi deyil. İranla mümkün müharibənin səbəbləri Bakıda formalaşmayıb. Nə ABŞ-ın qlobal strategiyası, nə İsrailin təhlükəsizlik doktrinası, nə də İranın nüvə proqramı Azərbaycanın suveren gündəliyinə aiddir.
Amma müharibənin dağıdıcı nəticələri birbaşa Azərbaycana dəyəcək.
Azərbaycan ərazisindən hərbi məqsədlərlə istifadəyə imkan vermək legitim hədəfə çevrilmək deməkdir. Hava məkanı, logistika, kəşfiyyat, texniki dəstək-bunların hamısı müharibədə iştirak sayılır. “Biz vurmuruq” arqumenti işləmir. Beynəlxalq hüquqa görə də bu, belədir.
Azərbaycan üçün əsas təhlükə raket yox, insan axınıdır. Genişmiqyaslı müharibə milyonlarla insanı şimala doğru hərəkətə məcbur edə bilər. Bu axının ilk dayanacaqlarından biri Azərbaycan olacaq. İrandan Azərbaycanın üstünə tank gəlməyə bilər, amma xaosun gəlmə ehtimalı çox yüksəkdir.
Ona görə də ən rasional xətt açıq neytrallıqdır. Azərbaycan ərazisindən istifadəyə qəti qadağa, regional müharibələrdə vasitəçi və ya müşahidəçi mövqe ilə kifayələnmək. Bu, nə İrana simpatiyadır, nə də Qərbə xüsusi məhəbbət. Bu, öz dövlətini qorumaqdır.
Tarix göstərir ki, müharibəni planlaşdıranlar nadir hallarda ölür. Müharibənin yükünü isə qaçqınlar, sərhəd ölkələri və zəif dövlətlər daşıyır. Cənubi Qafqaz üçün əsas təhlükə də məhz budur.
Azərbaycanı mümkün qədər bu dağıdıcı prosesdən kənarda saxlamaq lazımdır. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycanın xarici siyasəti də məhz bu düşüncəyə söykənir.
Elbəyi Həsənli
Sürix
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...