Zakir Həsənov polkovnikə yeni vəzifə verdi

img

30-06-2021 [12:24]


Müdafiə Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Nazir general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik Nazif Xəlilov Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi təyin edilib. O bundan əvvəl Naxçıvan MR Hərbi Polisinin rəisi olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl nazir Zakir Həsənovun əmri ilə Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilmişdi. //Manset.az//


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA