Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb - Qərargah son məlumatı yaydı

img

29-06-2021 [20:55]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "Bununla da indiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 238, ötən müddət ərzində isə ümumilikdə 3 740 432 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA