Gürcüstanda tam peyvəndlənmiş turistlər test verməli olacaq

img

28-06-2021 [14:20]


“Gürcüstana səfər edən turistlərin koronavirusa qarşı vaksinin hər iki dozasını almalarına baxmayaraq, ölkə ərazisində testdən keçməsi tövsiyə deyil, tənzimləmə olmalıdır”.

Bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze deyib.

Onun sözlərinə görə, turistlərdən Gürcüstanda test olunması tələb olunmalıdır: “Bu halda saxta sənədlərin təqdim olunmaması ilə bağlı daha çox zəmanətimiz olacaq. Turistlərin ölkədə hərəkəti vətəndaşlarımız üçün təhlükəsiz olmalıdır”.

Qeyd edək ki, Gürcüstan ərazisinə hava və quru yolla daxil olan peyvənddən keçən və keçməyən əcnəbilər son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA