Azərbaycanda məhkəmə sədri vəfat edib

img

10-06-2021 [12:34]


Azərbaycanda məhkəmə sədri vəfat edib.

Məlumata görə, Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA