Daşkəsənə güclü yağış yağır, dolu düşüb

img

09-06-2021 [21:53]


Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.

Məlumata görə, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çaxır.

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda - Göygöl, Gədəbəy, Şəmkir, Samuxda və Gəncə şəhərində də müşahidə olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA