Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-06-2021 [00:06]
Qoç - enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil.
Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı izafi aqressiv olmayın.
Buğa - dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr, informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar. Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə qalın.
Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar. Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək zamanıdır.
Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz işlərinizi tamamlamağa çalışın.
Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Şir - günün ilk yarısında qeyri-standart məsələləri həll etmək məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması, diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi, hərdəmxəyal olmasın.
Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var.
Musiqi, dinlə maraqlanacaqsınız.
Qız - işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq gərək olacaq.
Yaxın gələcəklə bağlı planlarda miqyas böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var. Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin. Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən istifadə edin.
Tərəzi - əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi yanlış yola apara bilər.
Şərtlərin uğurlu olması, situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə başlamayın, boş vədlər verməyin.
Əqrəb - səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.
Musiqi, mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın. Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı planlar qurmaq olar.
Axşam saatlarında dəvət aldığınız yerə qatılın.
Oxatan - günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın. Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz. Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi alçaltdığını düşünəcəksiniz.
Belə hisslərə görə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın. Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.
Ailə üzvlərinin qayğısına qalın.
Oğlaq - cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq. Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.
Səbəb isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.
Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq.
Dolça - səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv məqamlar olacaq.
Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.
Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.
Balıqlar - şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin. Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara tapşırın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.
Milli.Az
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib