"Jurnalistlərin binası"nda faciəli hadisə: azyaşlı uşaq yuxarı mərtəbədən yıxılaraq öldü - FOTO (Yenilənib)

img

08-06-2021 [21:04]


İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Səbail rayon prokurorluğundan Mia.az-a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

***

Səbail rayonunda yerləşən "Jurnalistlərin binası" faciəli hadisə baş verib.

Mia.az xəbər verir ki, yaşayış binasının 16-cı mərtəbəsindən azyaşlı oğlan uşağı yıxılaraq həyatını itirib.

Hazırda hadisə yerinə polis və təcili yardım briqadası gəlib.

Hadisə yerindən verilən məlumatda azyaşlının kimin övlad olması hələki açıqlanmayıb. Amma uşağın 3 yaşı olduğu deyilir...

İlkin məlumatlara görə, uşaq jurnalist övladı deyil, onun anası ilə binaya qonaq gəldiyi bildirilir.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA