Əməliyyatdan sonra ölən xəstə ilə bağlı həkimə cinayət işi açılıb

img

08-06-2021 [18:10]


Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA