Sabiq deputat vəfat edib - Koronavirusdan

img

08-06-2021 [17:51]


Azərbaycan Ali Sovetinin sabiq deputatı, 1992-1995-ci illərdə Milli Məclisin üzvü olmuş Hicran Kərimli vəfat edib.

Mia.az xəbər verir ki, Moskvada yaşayan H.Kərimli koronavirusdan dünyasını dəyişib.

Xəstəxanada olduğu 3 gün ərzində ona peyvənd vurulub. Bundan sonra H.Kərimli vəfat edib.

H.Kərimli Azərbaycanın müstəqilliyinə səs vermiş istiqlalçı milət vəkili olub. 90-cı illərin sonundan etibarən Rusiyada yaşayırdı.

Onun cənazəsi sabah Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA