Uşaq bağçalarında yoxlama aparılacaq - Rəsmi məlumat yayıldı

img

07-06-2021 [20:02]


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılacaq.

Agentlikdən Mia.az-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA