ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı verilib

img

07-06-2021 [15:30]


“ATL Tech” şirkətinin tədris müəssisəsi olan “ATL Akademiya” ADA Universitetinin tələbələrinə proqramlaşdırma və İnformasiya Texnologiyaları üzrə təhsil proqramlarında güzəştli iştirak imkanı təqdim edib.

Bu barədə Universitetdən Mia.az-a veirlən məlumata görə, proqrama qəbul Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin üçüncü kurs tələbələri arasında aparılıb. Proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirərək seçim prosesini uğurla keçən İnformasiya Texnologiyaları ixtisasının bakalavr tələbəsi Rəşad Kazımzadə və Kompüter elməri üzrə bakalavr təhsili alan Fəqan Rəsulov tam təqaüd əldə ediblər.

Tələbələr 20 may tarixindən etibarən “Building REST Services with Spring Boot (Backend Development)” tədris proqramı üzrə dərslərə başlayıblar.

Qeyd edək ki, proqramı tamamlayan məzunlar “ATL Tech” şirkətində 3 ay müddətində təcrübə keçmək imkanı əldə ediblər.

“ATL Academy” ölkəmizdə yüksək səviyyəli “texnologiya icması”nın və mütəxəssislərin formalaşmasına dəstək missiyası çərçivəsində mütəmadi olaraq istedadlı tələbələr üçün güzəştli təhsil, təcrübə, layihələrdə iştirak imkanı təqdim edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar üzrə tələbələrin seçiminin davam etdirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA