Rusiyada başından güllələnən azərbaycanlının anası: "Polis silahla qorxuda, havaya atəş aça bilərdi..."

img

05-06-2021 [13:46]


"Oğlumu qətlə yetirən polis əməkdaşının ən sərt şəkildə cəzalandırılmasını tələb edirəm".

Bunu Vəkil Abdullayevin anası Samirə Abdullayeva deyib.

O, oğlunu ölümcül yaralayan yol polisi müfəttişinin ötən gün azadlığa buraxılmasına etirazını ifadə edib: "Vəkilin heç bir günahı olmayıb. Polis silahla qorxuda, havaya atəş aça bilərdi. Amma oğlumu gicgah nahiyəsindən ölümcül yaralayıb.".

S.Abdullayeva Rusiyanın hüquq-mühafizə orqanlarını oğlunun qətli ilə bağlı istintaqı şəffaf və ədalətli şəkildə aparmağa çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA