ƏƏSMN: "Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək"

img

04-06-2021 [15:08]


"Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır".

Mia.az xəbər veirr ki, bu sözləri Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov deyib.

Nazirlik rəsmisi bildirib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir: "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA